Səyyar bərpa xidmətləri

post-img

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yaşayış yerini tərk etməkdə və nəqliyyatdan istifadədə çətinlik çəkən əlilləri yaşadıqları ünvanlarda da (səyyar) reabilitasiya xidmətləri ilə təmin edir. Səyyar xidmətlərə qurum tərəfindən 2022-ci ildən başlanıb. 2024-cü ilin əvvəlinədək 1700 əlilə yaşadıqları ünvanlarda reabilitasiya xidmətləri göstərilib.

Səyyar xidmətlərdən yararlanmaq istəyən əlil və ya onun qanuni nümayən­dəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142 Çağrı Mərkəzi”nə, eləcə də, DOST mərkəzləri və ya ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyasına mü­raciət edir. Müraciətə əsasən agentliyin müvafiq reabilitasiya mərkəzinin həkim və psixoloqlarından ibarət səyyar briqa­dası həmin şəxsin yaşadığı ünvanda ilkin müayinə və qiymətləndirməsini aparır. 

Faktiki vəziyyət səyyar xidmətlər üçün uyğun hesab edildikdə icra oluna­caq prosedurların tarixi, sayı və müddəti müəyyən olunur. Sonra həmin şəxsə fər­di proqram əsasında səyyar reabilitasiya xidmətlərinin göstərilməsinə başlanır. Bu xidmətlərə həkim və psixoloq müayinəsi, loqoped seansı, müalicəvi masaj, müali­cəvi bədən tərbiyəsi, əmək terapiyası və s. daxildir.

XQ

Sosial həyat