Kamran Əliyev: Ötən il ölkədə 36 min 811 cinayət qeydə alınıb

post-img

2022-ci illə müqayisədə 2023-cü ildə qeydə alınmış xüsusilə ağır cinayətlərin faiz göstəricisi sabit qalsa da, ağır və az ağır cinayətlərin faiz nisbəti azalıb. Böyük ictimai təhlükə törətməyən cinayətlərin faiz nisbəti isə artıb.

Bu sözləri Baş prokuror Kamran Əliyev qurumun ötən ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında deyib.

Baş prokuror qeyd edib ki, 2023-cü ildə ölkə ərazisində 36 min 811 cinayət qeydə alınmaqla onların 87,8 faizinin açılması təmin edilib. Ümumilikdə ölkə üzrə cəmi 21 min 104 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 1350-si prokurorluq orqanlarında istintaq edilib.

Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 902, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 16 min 146 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.

Sosial həyat