Dövlət Sosial Müdafiə Fondundan bildiriblər ki, ötən il 491 min nəfər sosial müavinətlə, 378 min nəfər Prezidentin aylıq təqaüdü ilə təmin olunub.
Qeyd olunub ki, sosial müavinətlər üzrə 24 faiz çox olmaqla 999 milyon manat, Prezident təqaüdləri üzrə 20 faiz çox olmaqla 647 milyon manat ödənilib. Sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 566 min, o cümlədən ötən il 137 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Zərifə HÜSEYNOVA
XQ