Seçki prosesində gənclərin iştirakının təşviqi ilə bağlı beynəlxalq konfrans keçirilib

post-img

İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzi (İƏGF) və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı, müxtəlif gənclər hərəkatlarının nümayəndələrinin iştirakı ilə Bakıda “Gənclərin seçki prosesində iştirakının təşviqi” adlı beynəlxalq konfrans keçirilib.

İƏGF-dan  bildiriblər ki, tədbirə Rusiyanın Tatarıstan Respublikasının aparıcı “Selet” gənclər hərəkatının rəhbəri Aygül Qabdrrəhmanova, Qazaxıstanın aparıcı hakim “Amanat” partiyasının “Jastar Ruhu” gənclər qolunun direktoru Akerke İsgəndərova, Avropada müsəlman icmaları ilə iş üzrə Rumıniya “Şəhrizad” Gənclər Fondunun prezidenti Vəcihə Haris, Pakistanın “Gənclərin Müdafiəsi üzrə Şəbəkə” təşkilatının sədri Fsahat ul-Həssənin spiker qismində qatılıbar.

NAYORA-nın Baş katibinin moderatorluq etdiyi müzakirələrdə gənclər və gənclər təşkilatlarının iştirakı ilə fəal vətəndaşlığın prinsipləri ətrafında fikir mübadiləsi aparılıb, iştirakçılar demokratik proseslərdə gənclərin iştirakının uğurlu təşviqi üzrə beynəlxalq təcrübələrini bölüşüblər.

Konfransda iştirakçılar müxtəlif ölkələrdə gənclərlə iş üzrə innovativ yanaşmaları müzakirə ediblər.

Bu müzakirələr, ilk növbədə, hər regionda nadir çağırış və imkanların olduğu nəzərə alınaraq fərqli mədəni kontekstlərlə uzlaşan strategiyaların müəyyənləşdirilməsi məqsədi daşıyıb.

Konfransda, eyni zamanda, fevralın 7-də keçiriləcək prezident seçkiləri və bu seçkilərdə gənclərin iştirakı müzakirə edilib. Xarici qonaqlar Azərbaycanın inkişafı istiqamətində müşahidə etdiklərini, xüsusilə Qarabağın azad edilməsi kimi mühüm bir Qələbə qazandığını söyləyiblər. Onlar fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərində gənclərin fəal iştirak etmələrinin vacibliyini vurğulayıblar.

Konfrans təkcə gənclərin seçkilərdə fəal iştirakının müzakirəsi üçün deyil, həm də müxtəlif ölkələrdən olan gənc liderlərin birliyi üçün də platforma rolunu oynayıb. Vurğulanıb ki, müzakirələrin nəticəsi olaraq irəli sürülən təklif və ideyalar gənclərin gələcəkdə hazırlayacaqları strategiyalarda öz əksini tapacaq.







Sosial həyat