Laçında ilk dəfə səs verməyin qüruru

post-img

Laçın rayonu 7 fevral seçkilərinə xüsusi coşqu ilə hazırlaşır. İşğaldan azad edilmiş ərazilərdə təşkil edilmiş seçki məntəqələrində səs verəcək seçicilərdən biri, Laçın sakini olan 24 yaşlı Kübra Həsənli öz təəssüratını secki-2024.az saytına açıqlayıb: “Bu seçki həyatımda bir ilk olmaqla yanaşı, həm də heç vaxt unutmayacağım tarixi hadisədir. Yaddaşımdan heç vaxt silinməyəcək”.

Laçından uzaqlarda doğulub boya-başa çatan Kübra indi doğma yurdunun gözəlliyinə valeh olub. O, ərazi bütövlüyü təmin edilmiş ölkənin tamhüquqlu vətəndaşı kimi Konstitusiya ilə təsbit olunmuş səsvermə hüququndan Laçında istifadə edəcək. Kübra Həsənli ailəsi ilə birgə ata-baba yurdu Laçına qayıdandan sonra keçirdiyi hissləri, eləcə də bir laçınlı olaraq 7 fevral prezident seçkilərində iştirakı ilə bağlı duyğularını bölüşüb.

Sosial həyat