21 saylı Nəsimi-Binəqədi seçki dairəsini əhatə edən seçki məntəqələrində hazırlıq uğurla davam edir

post-img

Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar yanvarın 19-da 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlər keçirilir. Treninqlər seçki komissiyaları üzvlərinin məlumatlılıq və peşəkarlığını artırmaq məqsədi daşıyır və yanvarın 22-dək davam edəcək.

Treninqi 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin dairə seçki komissiyasının sədri Çingiz Dadaşov və dairənin üzvü Leyla Həşimova aparıb.

Bu gün aparılan treninqlərdə 8, 22, 23, 29 və 32 saylı məntəqələrin nümayəndələri iştirak ediblər. Günün ikinci yarısında isə 5, 7, 33, 35 və 37 saylı məntəqələrin nümayəndələri iştirak edəcəklər.

Treninqlər zamanı MSK tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə otağının təşkil edilməsi qaydası, seçki günü müşahidəçilərin hüquqları, səsvermə günü məntəqənin açılması, səsvermə ilə bağlı məlumatların verilməsi saatları, səsvermədə iştirak edən vətəndaşların barmağının mürəkkəblə işarələnməsi, hansı halda seçicinin səsvermə hüququndan istifadə edə bilməyəcəyi, səslərin hesablanması və sair ilə bağlı məlumatlar verilir. Həmçinin bir dairənin olan seçicinin başqa dairədə necə səs verməsi, bu halda hansı qaydaların gözlənilməsi məsələləri ətraflı izah olunub. Təlim iştirakçılarına yaddaş kitabçası təqdim edilib.

Səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki günü prosedurları, səsvermə məntəqəsinin açılması, seçki materialları və avadanlığının, seçki qutularının hazırlanması, əlavə seçici siyahıları, seçki otağının təşkili qaydaları, müəyyənləşdirilməmiş seçki bülletenləri, hüquq-mühafizə orqanlarına müraciət edilməsi zəruri olan hallar, səsvermə saatlarında tədbirlər, səsvermə prosesində müstəsna hallar, daşınan və daşınmaz seçki qutuları ilə səsvermə prosesi, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə məlumat verilib, iştirakçılara yaddaş kitabçaları təqdim edilib.

Növbədənkənar prezident seçkilərində şəffaflığın və aşkarlığın təmin edilməsi üçün məntəqə seçki komissiyalarında hər cür şəraitin yaradıldığını, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait onların zəruri avadanlıqlarla təchiz olunduğunu söyləyib. Məntəqələr seçki kabinələri, təşviqat məlumatları, seçici siyahısı lövhələri, seçki qutuları, qeydiyyat dəftərləri, Seçki Məcəlləsi, prezident seçkiləri ilə bağlı təlimatlarla təmin olunub. Seçki məntəqələrinin 12-də veb-kamera quraşdırılıb.

Dairə seçki komissiyasının sədri AZƏRTAC-ın müxbirinə deyib: “Dairədə 37 seçki məntəqəsi var, onun 23-ü Nəsimi, 14-ü Binəqədi rayonuna aiddir”.





Sosial həyat