Baş Prokurorluq təltif olunub

post-img

Baş Prokurorluq "Vəkilliyin dostu" mükafatı ilə təltif olunub.  

Mükafat 28 dekabr “Vəkil Günü” peşə bayramı münasibətilə Vəkillər Kollegiyasının təntənəli iclası zamanı Baş prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən qəbul edilib.

Tədbir zamanı çıxış edən Baş prokuror müavini məhkəmə-hüquq sistemində aparılan köklü islahatlardan danışıb.

O, prokurorluq orqanları ilə Vəkillər Kollegiyası arasında son illərdə möhkəmlənmiş işgüzar əlaqələrə də toxunub.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Sosial həyat