Baş prokurorluq: Ağdamda ANAMA əməkdaşının minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır

post-img

Ağdam rayonunda ANAMA əməkdaşının minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Baş prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, dekabrın 26-da Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlunun mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Sosial həyat