Bu gündən Milli QHT Forumunun regional forumları başlayır

post-img

Dekabrın 25-dən etibarən Azərbaycan Milli QHT Forumunun (AMQF) regional forumları başlayır.

İlk belə tədbir bu gün Lənkəran şəhərində keçiriləcək. Bu regionu əhatə edən qeyri-hökumət təşkilatlarının nümayəndələri foruma toplaşacaq.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, regional forumlarda əsas məqsəd bölgələrdəki ehtiyacları və vəziyyəti yerində qiymətləndirməkdir.

Qeyd edək ki, AMQF-nun regional forumları yanvarın 8-inədək davam edəcək. Regional forumların dekabrın 26-da Qubada, dekabrın 27-də Şəkidə, dekabrın 29-da Gəncədə, 2024-cü il yanvar ayının 8-də Naxçıvan şəhərində davam etdirilməsi nəzərdə tutulur.

Sosial həyat