Rusiya aviasiyası təyyarələrsiz qala bilər

post-img

Rusiyanın Milli Rifah Fondunun büdcəsində əvvəlki xarici sahiblərindən təyyarələrinin alınması üçün ayrılmış 300 milyard rubldan 3,5 milyard rubl qalıb. Bu barədə “Kommersant” qəzeti yazır.

Bu günə qədər 150-yə yaxın təyyarə alınıb ki, onlardan 86-sı "Aeroflot" qrupuna, qalanları Ural Hava Yollarına, S7 aviaşirkətinə və iFly çarter şirkətinə məxsusdur.

Qəzet yazır ki, bu vəsait ölkəyə tətbiq edilən sanksiyalara görə ötən ilin fevralından təyyarələri Rusiya ərazisində qalan xarici icarəyə verənlərlə münasibətlərin sığortalanması üçün lazım olub.

Fonddan vəsait 15 il müddətinə 1,5% dərəcəsi ilə güzəştli kredit kimi ayrılıb. Federal Hava Nəqliyyatı Agentliyinin nəzarətində olan NLK-Finance lizinq şirkəti təyyarələrin yeni sahibi olub.

“Kommersant”ın həmsöhbətləri ehtimal ediblər ki, fondun qalan bütün vəsaitlər, hətta 300 milyard rubl limiti qaldırılsa belə, "Aeroflot" təyyarələri ilə bağlı hüquqi prosedurları tənzimləmək üçün istifadə olunacaq. Lakin hazırda fonddan əlavə vəsaitin ayrılması məsələsi müzakirə olunmur.

S.ELAY

XQ

Dünya