Azərbaycanla İraq arasında hava əlaqəsi haqqında saziş təsdiqlənib

post-img

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən Azərbaycanla İraq arasında hava əlaqəsi haqqında sazişi təsdiqləyib.

Bununla bağlı qərar layihəsi parlamentin dekabrın 22-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” 2023-cü il noyabrın 20-də Bakı şəhərində imzalanıb.

Qərar layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq təsdiq edilib.

Sosial həyat