Türkiyədəki səfirliyimiz seçkilərlə bağlı bu ölkədəki soydaşlarımıza müraciət edib

post-img

Azərbaycanın Türkiyədəki səfirliyi fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar vətəndaşlara müraciət edib. Bu barədə diplomatik nümayəndəliyin “X” sosial şəbəkəsindəki hesabında məlumat yerləşdirilib.

Qeyd olunur ki, Azərbaycanda fevralın 7-də keçiriləcək prezident seçkilərində Türkiyədə yaşayan 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları səsvermə hüququndan istifadə etmək üçün lazımi məlumatları səfirliyə təqdim etməlidirlər.

Bunun üçün soydaşlarımız “[email protected]” elektron ünvanına soyad, ad və ata adını, doğum tarixini, daimi və ya müvəqqəti yaşayış ünvanını, eləcə də əlaqə məlumatlarını göndərməlidirlər.

 

Rizvan FİKRƏTOĞLU

XQ

 

Siyasət