Erməni mediası: Paşinyan tərəfdaşları ilə tam məxfi şəkildə görüşlər keçirir

post-img

Ermənistanın hakim “Mülki müqavilə” partiyasının iclasları ciddi məxfilik şəraitində keçirilir. “Caliber” xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

“Son vaxtlar hakim partiyanın iclaslarında dövlət məmurlarına məhdudiyyətlər xüsusilə güclənib. Belə ki, iclas başlamazdan əvvəl hər kəsdən telefonlarını söndürmələri, təhvil vermələri və özləri ilə lazımsız əşyalar götürməmələri tələb olunur. Bundan başqa, mühüm görüşlər, müzakirələr kiçik qrup tərəfindən keçirilir ki, bu barədə bütün partiya üzvləri məlumatlandırılmır ki, sızma olmasın”, - deyə mənbənin məlumatında qeyd olunub.

Xatırladaq ki, daha əvvəl bu mövzuya toxunaraq yazmışdıq ki, Nikol Paşinyan artıq komanda yoldaşlarına güvənmir, yalnız bəziləri ilə ünsiyyət qurur. Həmçinin, gizli keçirilən bu görüşlər Paşinyanın narahatlığını göstərən daha bir sübutdur.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Dünya