Rusiya və Ermənistan hərbi-texniki əməkdaşlıq sahəsində yeni sazişləri müzakirə edirlər

post-img

Rusiya və Ermənistan hərbi-texniki əməkdaşlıq sahəsində yeni sazişləri müzakirə edirlər. Bu barədə TASS-a  Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.

Səfir deyib ki, bəzi müqavilələrdə Rusiya hərbi müəssisələrinin Ermənistanın sifarişlərini yerinə yetirmək üzrə öhdəlikləri ilə bağlı məsələlər var: “Ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq sahəsində yeni sazişlər də müzakirə olunur”.

S.Kopırkinin sözlərinə görə, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq sahəsində bağlanmış bütün müqavilələr, demək olar ki, vaxtında və yüksək keyfiyyətlə tamamlanıb.

Səfir onu da vurğulayıb ki, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq çoxdankı ənənəyə malikdir və Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında hərbi-texniki əməkdaşlığın inkişafına dair 25 iyun 2013-cü il tarixli sazişə əsaslanır.

Xatırladaq ki, bundan əvvəl İrəvan pulu ödənilmiş silahları Rusiyadan hələ almadıqlarını, lakin bu məsələni tərəfdaşlıq şəraitində həll etməyə hazır olduqlarını bildirmişdi. Ermənistan hakimiyyəti həm də silah alışını diversifikasiya etmək niyyətində olduğunu bəyan edib. Xüsusilə, respublika müdafiə sektorunda Hindistan və Fransa ilə fəal əməkdaşlığa başlayıb. 

 

Rizvan FİKRƏTOĞLU

XQ

Dünya