Qarabağ Dirçəliş Fondunun elan etdiyi tenderin qalibi məlum oldu

post-img

İşğaldan azad edilən Füzuli şəhərinin “Mərkəzi Parkı”nın ərazisinin tikili qalıqlarından və digər tullantılardan təmizlənməsi və ərazinin müvəqqəti hasara alınması üzrə elan edilən açıq tenderin qalibi müəyyən olunub.

Qarabağ Dirçəliş Fondundan bildiriblər ki, Fond tərəfindən “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq keçirilən tenderin qalibi kimi “RAMCO” QSC müəyyən olunub.

Qalib şirkətlə 584 min 500 manat 50 qəpik (ƏDV daxil) məbləğində satınalma müqaviləsi bağlanıb və müvafiq işlərə start verilib.

Qeyd edək ki, Füzuli şəhərinin yeni Baş plan layihəsinə əsasən, burada məskunlaşacaq əhalinin kütləvi istirahətinə olan tələbatını nəzərə alaraq 22,47 hektar ərazidə Mərkəzi Parkın salınması nəzərdə tutulur.

Layihə Qarabağ Dirçəliş Fondunun sifarişi ilə həyata keçirilir.

Sosial həyat