“YAŞAT” Fondu daha bir şəhidin ailəsinə dəstək göstərib

post-img

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Şuşanın azad olunmasına görə” , “Cəsur döyüşcü” və “Vətən uğrunda” medalları ilə təltif olunan şəhidimiz Seymur Abbasovun ailəsinə “YAŞAT” Fondu tərəfindən dəstək göstərilib.

Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

Sosial həyat