Dekabrın 8-də saat 16 radələrində Qaradağ rayonu Qobustan dəmir yolu stansiyası ərazisindən 500 metr relsi sökərək oğurlamağa cəhd göstərən 4 nəfər Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onların Kəlbəcər rayon sakini İ.Əliyev, İsmayıllı rayon sakini R.Kərimov, Ağstafa rayon sakinləri N.Hüseynov və A.Məmmədov olmaları müəyyən olunub.
Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə dekabrın 7-də Zığ qəsəbəsi ərazisində fəaliyyət göstərməyən bir fermadan 2500 manat dəyərində qapı və pəncərələri oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ə.Cəfərov saxlanılıb.
Araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ