Bu il "YAŞAT" Fondu tərəfindən təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı istiqamətində 236 müraciət üzrə 945 min 895 manat 85 qəpik vəsait xərclənib.
Bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun 3 illik hesabat tədbirində deyib.
E.Hüseynov bildirib ki, həmin vəsaitin 576 min 676 manat 8 qəpiyi təhsil, 369 min 219 manat 77 qəpiyi isə yaradıcı potensialın inkişafı üzrə yönləndirilib. Müraciət edənlərdən 166-sı şəhid ailəsi üzvü, 70-i yaralıdır.
Ümumilikdə üç il ərzində bu fəaliyyət istiqaməti üzrə 703 müraciət qeydə alınıb ki, 2 milyon 424 min 635 manat 3 qəpik vəsait xərclənib.