Bu il "YAŞAT" Fondu tərəfindən məişət şəraitinin yaxşılaşdırılması istiqamətində 191 müraciət üzrə 720 min 400 manat vəsait xərclənib.
Bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun 3 illik hesabat tədbirində deyib.
E.Hüseynov bildirib ki, müraciət edən şəxslərdən 45-i şəhid ailəsi üzvü, 146-sı yaralıdır.
"Üç il ərzində isə bu fəaliyyət istiqaməti üzrə 12 min 576 müraciət qeydə alınıb ki, Fond tərəfindən 42 milyon 153 min 250 manat vəsait xərclənib", - deyə E.Hüseynov qeyd edib.

