Qarabağ sakinlərinə peşə hazırlığı

post-img

Dövlət Məşğulluq Agentliyi Laçın, Şuşa, Füzuli, Zəngilan, Cəbrayıl şəhər­ləri, Laçının Zabux və Sus, Füzulinin Dövlətyarlı, Cəbrayılın Horovlu və Şü­kürbəyli, Qubadlının Mahruzlu və Zilanlı, Ağdərənin Talış və Suqovuşan, Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin işsiz sakinlərini peşə hazırlığı kurslarına dəvət edir. 

Sakinlərə edilən müraciətdə bildirilir ki, peşə kurslarına 2023–2024-cü illərdə həmin ərazilərdə məskunlaşmış, habelə məskunlaşması nəzərdə tutulan işsiz və ya işaxtaran şəxslər müraciət edə bilər. Kurslarda iştirak etməklə əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmək və işlə təmin olunmaq mümkündür. 

Peşə hazırlığı kurslarına daxil olmaq üçün DOST mərkəzlərinə və məşğulluq agentliyinin filiallarına müraciət etmək lazımdır. Yaxud nazirliyin elektron saytın­da “Qarabağ və Şərqi Zəngəzurda peşə hazırlığı” bölməsindəki linkə daxil olaraq müvafiq formanı doldurmaqla qeydiyyat­dan keçmək mümkündür. 

Kursların müddəti 6 aya qədərdir, iş­tirak ödənişsizdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, Dövlət Məşğul­luq Agentliyi işğaldan azad edilmiş digər ərazilərin sakinləri üçün də peşə hazırlığı kursları təşkil ediləcək.

Z.HÜSEYNOVA 
XQ

Sosial həyat