Niderlandlı yazıçı Qarabağ haqqında kitab yazır

post-img

Ölkəmdə bəzi siyasətçilərlə Azərbaycan və Qarabağ haqqında danışarkən, onların az məlumatlı olduqlarını görmüşəm. Mən Qarabağ haqqında kitab yazıram. Əvvəllər Qarabağa səfər etmək mümkünsüz idi. Ancaq 2021-ci ildən sonra Qarabağ ərazisinə də səfər etmişəm və kitabım üçün şəkillər, çox sayda məlumatlar toplamışam.

Bunu  açıqlamasında “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum çərçivəsində Ağdama səfər edən Niderlanddan olan yazıçı Henri Van Rens deyib.

O bildirib ki, kitabında Xocalı, Başlıbel və digər faciə qurbanları ilə bağlı, həmçinin azərbaycanlıların ermənilər tərəfindən əsir götürülməsi, onlara işgəncələr verilməsi, öldürülməsi haqqında da yazacaq: “Kitab hələ bitməyib, ancaq tezliklə onu tamamlayacağam”.

Henri Van Rens qeyd edib ki, bu dəfəki səfəri zamanı Birinci Qarabağ müharibəsində Ağdamda 2 mindən artıq insanın həyatını xilas etmiş Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun da qəbrini ziyarət edib.

“Azərbaycanı ikinci vətənim hesab edirəm. Qarabağın yenidən Azərbaycana qovuşmasına çox sevinirəm. İndi burada bir vaxtlar yaşamış insanlar böyük sevinclə öz doğma yurdlarına qayıdırlar”, - deyə niderlandlı yazıçı əlavə edib.

Sosial həyat