Türkiyə yazıçıları Gəncliyə Yardım Fondunun qonağı olublar

post-img

Türkiyənin məşhur yazıçıları - Bursa Uludağ Universitetinin müəllimi Bilal Kemikli, İstanbul Mədəniyyət Universitetinin müəllimi İsmail Güleç və İstanbul Sabahattin Zaim Universitetinin müəllimi Ergün Yıldırım Gəncliyə Yardım Fondunu (GYF) ziyarət ediblər.

Fonddan verilən məlumata görə, ziyarətdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı da iştirak edib.

Fondunun prezidenti Ahmet Tecim qonaqlara fondun humanitar, sosial və təhsil fəaliyyətləri haqqında ətraflı məlumat verib, xüsusi ilə Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına vətəndaş cəmiyyəti olaraq töhfə verməyə çalışdığını və bu istiqamətdə layihələr həyata keçirdiyini qeyd edib. 

Yazıçılar fondun fəaliyyətini yüksək qiymətləndirdiklərini və rəhbərliyə gördükləri təqdirəlayiq işlərə görə təşəkkürlərini bildiriblər. Daha sonra onlar gənclərə öz tövsiyələrini, gələcək həyatlarında uğurlu addımlar atmaları üçün məsləhətlərini veriblər. 

 

Rizvan FİKRƏTOĞLU

XQ

Sosial həyat