Xaçmaz polisinə 7 ədəd sənədsiz silah təhvil verilib

post-img

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan XQ-yə verilən məlumata görə, qeyd olunan tədbirlər zamanı bu gün ərzində polis əməkdaşları tərəfindən 7 ədəd müxtəlif növ tüfəng təhvil götürülüb.

Bildirilib ki, bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Rizvan FİKRƏTOĞLU
XQ

Sosial həyat