Qanunsuz ağac emalı ilə məşğul olan məsuliyyətə cəlb edilib

post-img

Lənkəran şəhərində qanunsuz ağac emalı ilə məşğul olan sex aşkar edilib.

DİN Baş İctimai Təhlükəsizlik İdarəsi və ETSN Regional İdarəsi əməkdaşlarının keçirdiyi birgə tədbirlərlə obyektə baxış zamanı fıstıq və qızılağac növlü ağacların ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin tələblərinin pozularaq emal ediliyi müəyyən edilib. Məlumatı DİN mətbuat xidməti yayıb. 

Sexin sahibi Lənkəran şəhər sakini 1961-ci il təvəllüdlü R.Nəzərov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və həmin şəxs qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunub.

P.ƏMİRCANOV
XQ

Sosial həyat