Bakı metrosunda qatarların hərəkətində ləngimə olub

post-img

Bu gün səhər saat 09:40 radələrində "Bakı Metropoliteni" QSC-də qatarların hərəkətində növbəti ləngimə yaranıb. Xəbər verdiyimiz kimi, ləngimə "Dərnəgül-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarlarda olub.

Qatarda olan XQ müxbirinin sözlərinə görə, gecikmə metronun “Elmlər Akademiyası” stansiyasında daha çox hiss edilib. Tuneldə dayanan qatarda bir neçə sərnişinin səhhətində problem yaranıb.

Xatırladaq ki, bu gün səhər saat 08:30-da da qatarlarda nasazlıq yaranıb. Belə ki, bəzi qatarlar gecikib, bir neçəsi isə sərnişinləri boşaldaraq geri qayıdıb. Nəticədə 20 dəqiqəyə qədər yubanma olub.

Rizvan FİKRƏTOĞLU
XQ

Sosial həyat