Kino Agentliyində layihələrin müdafiəsi mərhələsi baş tutub

post-img

Bu günlərdə Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsində layihələrin müdafiəsi (pitçinq) mərhələsi baş tutub. Bu mərhələdə layihələr Seçim Komissiyasının üzvləri və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert Şurasının nümayəndələri tərəfindən qiymətləndirilib.  

Agentlikdən verilən məlumata görə, dövlət sifarişi, kommersiya, sənət filmi istiqamətində 1 qısametrajlı, 3 tammetrajlı sənədli, 2 qısametrajlı, 4 tammetrajlı bədii, 1 qısametrajlı animasiya film layihəsi olmaqla ümumilikdə 11 layihənin, tələbə alt istiqaməti üzrə isə 16 tələbə filminin istehsalına dəstək göstərilməsi məqbul hesab edilib.

Seçim Komissiyası və Ekspert Şurasının yekun iclası 28 noyabr tarixində keçiriləcək.

Şahanə XANKİŞİYEVA
XQ

Mədəniyyət