Qrant layihələri hesabatı

post-img

İnformasiya Texnologiyaları ­İnstitutunda Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilən qrant layihələri çərçivəsində aparılan tədqiqatların hesabatına həsr olunmuş seminar keçirilib.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev kollektivin əsas fəaliyyət istiqamətlərindən biri olan qrant layihələrinin əhəmiyyətindən danışıb. Alim qeyd edib ki, toplantının əsas məqsədi qrant layihələri üzrə görülmüş işlərin monitorinqini aparmaq, elmi nəticələri qiymətləndirmək və yeni vəzifələri müəyyənləşdirməkdir.

Sonra institut əməkdaşları müvafiq qrant layihələri çərçivəsində əldə olunmuş nəticələrə dair hesabatlarını təqdim ediblər. Hər bir layihə icraçısı qarşısına qoyulan məsələ, çap olunmuş məqalə və tezislər, eləcə də gələcək tədqiqatlar barədə məlumat verib. Hesabatlarla bağlı fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb. Əldə olunan nəticələrin nüfuzlu, yüksək istinad indeksli jurnallarda çap olunmasının vacibliyini vurğulayıb.

Ə.DOSTƏLİ 
XQ

 

Sosial həyat