DİM-də dövlət qulluğuna dəstək təlimi

post-img

“Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” texniki yardım layihəsi çərçivəsində “Səriştələrə əsaslanan vasitələrin hazırlanması və ötürülməsi üzrə potensialın artırılması” tərəfindən 19 dövlət orqanı nümayəndələri üçün təlim başa çatıb.  

Bu mövzuda beynəlxalq ekspertlər Eduard Zaxarçenko, Raçel Frost və Veselin Kantçev çıxış ediblər. Təlimin ilk hissəsi noyabrın əvvəlində  olub. Ekspertlər iştirakçılarla müzakirələr aparıb və onların təlimdən gözləntiləri müəyyənləşdirilib. Təlimin davamında qurumun strateji planlarından qaynaqlanan ORCE qiymətləndirmə metodları ilə bağlı son vəziyyət dəyərləndirilib. Sonra ekspertlər onlayn formatda təlim keçiblər. Test sisteminin əhəmiyyətini, onun məzmununu və yanaşmalarını vurğulamaq üçün Situasiya Mühakimə Testləri (SJT) və səriştə ölçülməsində istifadə olunan qiymətləndirmə alətlərinin uyğunluğu müzakirə edilib.  

Təlimin ikinci hissəsində obyektiv–subyektiv seçimlər və planlaşdırma ilə bağlı təqdimatlar olub. Ekspertlər tərəfindən onlayn formatda müsahibələr aparılıb və  nəticələr qiymətləndirilib. Sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Xatırladaq ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” 2022–2023 texniki yardım layihəsi “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya”nın həyata keçirilməsinə töhfə vermək məqsədi daşıyır.

Ə.DOSTƏLİ 
XQ

 

Sosial həyat