Nazir Sahil Babayev İmişli rayonunda vətəndaşları qəbul edəcək

post-img

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 30-da İmişli rayonunda İmişli və Beyləqan rayonlarının sakinlərini qəbul edəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar noyabrın 22-24-də nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Sosial həyat