"Sosial tərəfdaş" layihəsinin icrasına başlanılıb

post-img

Dövlət Sosial Müdafiə Fondu (DSMF) həmin qurumdan sosial ödəniş alanlara sosial dəstək məqsədilə "Sosial tərəfdaş" layihəsinə başlayıb. Dövlət və özəl sektor arasında tərəfdaşlıq nümunəsi olan layihə DSMF-dən pensiya müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və kompensasiya alan vətəndaşları əhatə edir. Layihə 1 milyon 700 mindən çox şəxsi əhatə edir. Layihə çərçivəsində 2.3 milyon ödəniş aparılacaq.

Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov noyabrın 20-də “Sosial tərəfdaş” layihəsinin təqdimatı zamanı deyib.

H.Məmişovun sözlərinə görə, layihəyə 1000-ə qədər şirkət qoşulub. İlin sonunadək isə layihəyə qoyulacaq şirkətlərin sayının 1000-dən çox olacağı gözlənilir.

"Həmin vətəndaşlar layihəyə qoşulan tərəfdaş şirkətlərə aid market, aptek, klinika, sığorta, turizm və banklarda pensiya və digər ödəniş aldıqları bank kartlarl ilə nağdsız alış-veriş etdikdə onlara güzəşt və endirimlər tətbiq olunacaq. Müxtəlif şirkətlərlə birgə icrasına başlanan "Sosial tərəfdaş" layihəsi dövlət və özəl sektor arasında yeni tərəfdaşlıq və korporativ sosial məsuliyyət nümunəsidir. Layihə Fonddan sosial ödəniş alanlara dəstək, onların sosial müdafiəsini gücləndirmək məqsədi daşıyır.

Layihə iki ay idi pilot şəkildə icra olunurdu. Bu gündən rəsmi şəkildə tam icrasına başlanılıb", - deyə H.Məmişov qeyd edib.

Sosial həyat