YAP qısa zamanda Azərbaycanın aparıcı siyasi qüvvələrindən birinə çevrildi – RƏY

post-img

“Partiyaların effektivliyi və təsiri daha çox onların siyasi həyatda iştirakından, həyata keçirdiyi proqramların və əhali arasında dəstəklənməsindən asılıdır. Yeni Azərbaycan Partiyasının xalqımızın tarixində və həyatında rolu böyükdür, onun təsirinin qiymətləndirilməsi konkret tarixi, siyasi və sosial kontekstlərin nəzərə alınmasına əsaslanır. Xalqın dəstəyi, siyasi fəaliyyətdə iştirak və konkret proqramların həyata keçirilməsi YAP-in cəmiyyətin maraqlarına xidmətdə uğurunun göstəricisidir”. 

Bu fikirləri beynəlxalq münasibətlər üzrə analitik Masil Dəmirov YAP-ın təsis günü ilə bağlı bildirib.

O bildirdi ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə YAP qısa zamanda Azərbaycanın aparıcı siyasi qüvvələrindən birinə çevrildi. Partiyanın artan nüfuzu onun seçkilərdəki uğurlu iştirakında, eləcə də ölkənin siyasi kursunun formalaşmasında fəal iştirakında özünü göstərirdi. YAP cəmiyyətin müxtəlif sosial təbəqələrindən dəstək aldı və onun yüksəlişi dövlət idarəetmə institutlarının güclənməsi ilə müşayiət olundu. Partiya vətəndaş cəmiyyəti və biznes nümayəndələri ilə fəal əlaqə saxlayıb. Patiyanın uzunmüddətli səyləri nəticəsində Azərbaycanın inkişafına mühüm təsir göstərən müxtəlif siyasi uğurlar qazanılıb. 

“YAP-ın əsas uğurlarından biri ölkədə sabitliyin təmin olunmasıdır. 31 il ərzində, o cümlədən qlobal çağırışlar və böhranlar dövründə partiya çətin vəziyyətlərə cəsarətlə cavab verməyə qadir olan effektiv idarəetmə orqanı olduğunu sübut etdi. Partiya siyasi sabitliyin qoruyub saxlanmasına ciddi təsir göstərə bildi, səmərəli idarəçiliyi təmin etdi. Bu, Azərbaycana siyasi qeyri-sabitlikdən qaçmağa və davamlı inkişafı təmin etməyə imkan verdi və bu gün də Azərbaycanın iqtisadi və sosial inkişafı üçün əlverişli şərait yaradır. 

YAP-ın ən böyük uğurlarından biri də 2020-ci ildə Qarabağın işğaldan azad edilməsi oldu. Bu siyasi uğur Azərbaycanın regionda mövqelərini möhkəmləndirdi və uzunmüddətli münaqişənin həllinə mühüm töhfə verdi”, - deyə analitik qeyd edib.

M.Dəmirov deyib ki, YAP Azərbaycanın dünya miqyasında mövqelərini də uğurla möhkəmləndirir: “Beynəlxalq təşkilatlarda iştirak, diplomatik münasibətlərin inkişafı və sülh təşəbbüslərinin dəstəklənməsi ölkəyə dünya problemlərinin həllində konstruktiv rol oynamağa imkan verir. Müxtəlif beynəlxalq təşkilatlara üzvlük və regional təşəbbüslərdə iştirak Azərbaycana dünya miqyasında mühüm rol oynamağa və strateji tərəfdaşlıq əlaqələri qurmağa imkan verir”.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Sosial həyat