BMT Baş katibinin birinci müavini QH-na üzv ölkələri qadınların hüquqlarının qorunması istiqamətində fəal olmağa çağırıb

post-img

Qoşulmama Hərəkatına üzv ölkələri qadınların hüquqlarının qorunması istiqamətində fəal olmağa çağırıram.

Bunu BMT Baş katibinin birinci müavini Əminə Məhəmməd noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransın iştirakçılarına müraciətində bildirib.

Qadınların iqtisadi cəhətdən hüquqularının artırılması, səlahiyyətlərinin təmin edilməsindən danışan BMT-nin rəsmisi onların elm, təhsil, texnologiya sahəsində imkanlarının potensialını qeyd edib. O, qadınların cəmiyyətdə, eləcə də idarəetmədə fəal iştirakının təmin olunmasının vacibliyini vurğulayıb.

Siyasət