"Heydər Əliyev İli" çərçivəsində Lənkəranda “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir”, “Ata vəsiyyəti və inamlı zəfər” mövzularınnda konfrans keçirilib.
Giriş nitqi ilə çıxış edən icra hakimiyyətinin başçısı, Taleh Qaraşov bildirib ki, ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və yüksəliş yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Böyük Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilib. Bu Zəfərin qazanılmasında Ulu öndərin əsasını qoyduğu xalq–hakimiyyət, xalq–ordu və xalq–dövlət birliyi dayanır: ”Vətən müharibəsində etnik və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdilər, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı.
Şəhər rəhbəri qeyd edib ki, bu gün Azərbaycan dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biridir. Ölkənin iqtisadi qüdrətinin artması müstəqil siyasət yeridilməsinə, əhalinin rifah halının ildən-ilə yüksəlməsinə imkan yaradır. Ulu öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə nəhəng transmilli nəqliyyat və enerji layihələrinin həyata keçirildiyi Azərbaycanın təşəbbüsləri dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənir, ölkəmizə iqtisadi-siyasi dividentlər qazandırır.
Sonra Lənkəran Dövlət Universitetinin kafedra müdiri, dosent Kamal Mahmudov “Zəfər qələbəsi Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda, tarix üzrə fəlsəfə doktoru Mais Cəfərov “44 günlük Zəfər yolu” mövzusunda və Lənkəran rayon Çay Fabriki qəsəbə tam orta məktəbinin direktoru Sadiq Quliyev “Heydər Əliyevin Zəfər yolu” mövzusunda çıxış ediblər.
Bildirilib ki, İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Qələbə güclü dövlət–güclü ordu konsepsiyasının təntənəsidir. 30 il işğal altında qalan torpaqlarımız məhz bu konsepsiyanın nəticəsində hərbi-siyasi yolla azad olunub və ərazi bütövlüyümüz təmin edilib. Regionun gündəliyini bu gün Azərbaycanın diktə etdiyi vurğulanıb. Azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində uğurlu addımlar atılır. Ulu öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı bu böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirir.
Ə.ƏLİYEV
XQ