Bakıda hərbçilərin Zəfər yürüşləri

post-img

Paytaxtın müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə noyabrın 8-də hərbçilərin yürüşləri olub. 

Hərbi orkestrlərin müşayiəti ilə dörd marşrut üzrə - Heydər Əliyev Sarayı, Bül­bül prospekti, Nizami Kino Mərkəzi, Neft­çilər prospekti, Azadlıq meydanı, "AMAY" Ticarət Mərkəzi, Şəhidlər xiyabanı, "Alov Qüllələri" Kompleksi, "İçərişəhər" met­rosu, İstiqlaliyyət küçəsi, Azneft dairəsi, Bəhram Gur heykəli, Q.Musabəyov parkı, Əbdürrəhim Bəy Haqverdiyev küçəsi, Hü­seyn Cavid prospekti, Hüseyn Cavid par­kı, Parlament prospekti, "Olimpik Star" İd­man və Əyləncə Mərkəzi, Səməd Vurğun küçəsi, Zabitlər parkı, Bakı Dövlət Sirki, Heydər Əliyev Sarayı, İmadəddin Nəsimi heykəli, Neftçilər prospekti istiqamətləri üzrə hərbçilərin yürüşləri təşkil olunub. Orkestrlər hərbi vətənpərvərlik mahnıları, marşlar səsləndiriblər.

Hərbi orkestrlərin nümunəvi çıxışları şəhər sakinlərində və qonaqlarda yüksək əhvali-ruhiyyə yaradıb.

Yürüşlər saat 12:00-dək davam edib. 

Qeyd edək ki, həmçinin Gəncə, Bər­də, Füzuli, Laçın şəhərlərində və Zəngi­lan rayonunda müəyyənləşdirilən marş­rutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçirilib. 

XQ





Sosial həyat