Vətən müharibəsi şəhidi İsmayıl Kərimlinin xatirəsi yad edilib

post-img

İkinci Fəxri xiyabanda 44 günlük Vətən mühairbəsi şəhidi əsgər Kərimli İsmayıl Ceyhun oğlunun şəhadətinin üçüncü ildönümü münasibətilə məzarı ziyarət olunub. 

Bu barədə XQ-yə YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçıcı Asif Əsgərov, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Yasamal Rayon İcra Hakimiyyətinin, Nəsimi Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yasamal və Nəsimi rayon təşkilatlarının əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar. 

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər. 

Qeyd edək ki, Prezident  İlham Əliyevin sərəncamına əsasən Kərimli İsmayıl Ceyhun oğlu şəhadətindən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. 

 

Rizvan FİKRƏTOĞLU

XQ



Sosial həyat