“Dəyərlər çərçivəsində Vətən sevgisi” adlı seminar keçirilib

post-img

Gəncliyə Yardım Fondunun (GYF) nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Türkiyənin sabiq millət vəkili, Türkiyə Yeni Yüzyıl Universiteti Hüquq fakültəsinin dekanı professor-doktor Cəlal Ərbayın təqdimatında “Dəyərlər çərçivəsində Vətən sevgisi” adlı seminar keçirilib.

Bu barədə XQ-ya fonddan məlumat verilib. 

Bildirilib ki, əvvəlcə BİGA-nın koordinatoru Şahalı Cəlilov seminar iştirakçılarına Cəlal Ərbayın Türkiyədəki və Azərbaycandakı siyasi-elmi fəaliyyətləri haqqında məlumat verib. 

Daha sonra Ərbay Azərbaycandakı keçmiş fəaliyyətləri, dövrün ictmai-siyasi və elmi həyatı barədə xatirələrini bölüşüb, müəllimlik etdiyi dövrdəki və indiki gənclərin müqayisəsini aparıb, vətənpərvərliyin, milli-mənəvi dəyərlərin, dövlətə bağlılığın, həmçinin vətən, millət və dövlət məfhumlarının əhəmiyyətindən bəhs edib.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Sosial həyat