Sahil Babayev: Təhsil infrastrukturu ilbəil genişlənir

post-img

2030-cu ilədək məşğulluq strategiyamız var. Orada bizim vətəndaşlara peşə ixtisaslarının təqdim olunması faktorları qeyd olunub. 2020-2026-cı illər üçün qəbul edilmiş sosial-iqtisadi inkişaf strategiyası var. Təhsil infrasturkturu genişlənir, ali, orta ixtisas və peşə təhsili sahəsinə ildən-ilə cəlb olunan insanlarımızın sayı artır. Peşə hazırlığı seqmentimiz artırılır. Dövlət öz tərəfindən bu addımları atır və atmaqda davam edəcək. 

Bu fikirləri Təhsilin İnkişafı Forumunda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib. Nazir qeyd edib ki, əlbəttə, bu gün əhatə dairəmiz heç də əmək bazarına girən bütün vətəndaşlarımızı əhatə etmir: “Düşünürəm ki, bizim qarşımızda ən böyük çağırış budur. Elm və təhsil naziri ilə bu müzakirələri aparırıq və növbəti proqram dövrümüzdə, milli strategiyada bu əhatə dairəsini artırmağı hədəf qoymuşuq. Dövlətin strateji sənədləri meydandadır. İnanıram ki, biz hökumət olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Agentliyi olaraq məşğulluq strategiyamızda atdığımız addımları proqnozlaşdırırıq. 

Anar ƏLİ
XQ

Sosial həyat