İstanbulda şeir məclisi

post-img

Türkiyədə X Uluslararası İstanbul Şeir Festivalı keçirilib. Qardaş ölkədə keçirilən bu poeziya bayramında ölkəmizi tanınmış şair, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü Rəsmiyyə Sabir təmsil edib. Tədbir Türkiyənin İstanbul şəhərində Sultanbəyli Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilib.

Festivalın açılış tədbirində Sul­tanbəyli bələdiyyəsinin sədri Hüseyn Kəskin iştirakçıları salamlayaraq fes­tivalın əhəmiyyətindən danışıb. O, mədəniyyət sahəsində görülən fəaliy­yətlər haqqında tədbir iştirakçılarına məlumat verib.

Festival çərçivəsində müxtəlif li­seylərdə məktəblilərlə şairlərin gö­rüşləri təşkil olunub. Onlar şagirdlər üçün öz şeirlərini oxuyub və şagirdlə­rin ədəbiyyatla bağlı suallarını cavab­landırıblar. Rəsmiyyə Sabir də mək­təblilərə Azərbaycan şairləri, müxtəlif ədəbi birliklər, ölkəmizdə nəşr olunan ədəbi dərgilər haqqında ətraflı məlu­mat verib.

Qeyd edək ki, bu il festivalda Azər­baycan, Türkiyə, Tunis, İran, Suriya, Fələstin, Seneqal, Mavritaniya, İor­daniya, Bosniya və Hersoqovina və başqa ölkələrdən şairlər iştirak edib­lər.

XQ

Sosial həyat