CBC telekanalı azərbaycanlıların İrəvandakı tarixi irsi haqqında sənədli film hazırlayıb

post-img

CBC telekanalı azərbaycanlıların İrəvandakı tarixi irsi haqqında sənədli film hazırlayıb. Bu məqsədlə telekanalın çəkiliş qrupu bir neçə həftə ərzində İrəvanda olub, Azərbaycan xalqına aid tarixi və mədəni obyektləri sənədləşdirib.

Telekanaldan bildirilib ki, çəkilişlər əvvəllər Təpəbaşı məscidinin yerləşdiyi, hazırda isə erməni ailələrinin yaşadığı ərazidə aparılıb.

Fransa və Amerika investorlarının məscidin qalıqlarını azərbaycanlıların yaşadığı məhəllə ilə birlikdə sökməyi planlaşdırdığına dair faktlar aşkarlanıb. Çəkiliş qrupu Pənah Xan Makinskinin oğlu Əlixanın evinə, əvvəllər Sərdar məscidinin yerləşdiyi əraziyə də baş çəkib.

Qrup, eyni zamanda, İrəvandakı Göy məscidi daxildən və xaricdən lentə alıb, Əmir Səədin məqbərəsinin yerləşdiyi Cəfərabad (indiki adı - Ərgəvənd) kəndində olub.

Telekanala müsahibələrində İrəvanın indiki sakinlərinin əksəriyyəti azərbaycanlılar haqqında danışmamağı üstün tutub və bununla da İrəvanda əvvəllər hansı millətin nümayəndələrinin yaşadığı barədə həqiqəti gizlədib.

Qeyd edək ki, filmin yaradılması CBC telekanalının baş direktoru Vüqar Xəlilovun rəhbərliyi ilə həyata keçirilib.





Sosial həyat