Mixail Mişustin: “Yaraq-Qazmalar” gömrük-keçid məntəqəsinin buraxılış qabiliyyəti iki dəfədən çox artıb

post-img

Azərbaycan-Rusiya sərhədindəki “Yaraq-Qazmalar” gömrük-keçid məntəqəsinin buraxılış qabiliyyəti artıb.

Bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin Moskvada keçirilən Beynəlxalq Gömrük Forumunun iştirakçılarına müraciətində məlumat verib.

O bildirib ki, Azərbaycan-Rusiya sərhədindəki “Yaraq-Qazmalar” gömrük-keçid məntəqəsinin buraxılış qabiliyyəti iki dəfədən çox artıb. Baş nazirin sözlərinə görə, bu ilin üç rübü ərzində “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə əmtəə dövriyyəsinin həcmi ötənilki göstəricidən 30 faiz çoxdur.

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk, öz növbəsində, Azərbaycan-Rusiya sərhədindəki “Yaraq-Qazmalar” gömrük-keçid məntəqəsində yenidənqurma işlərinin bu ilin sonunadək başa çatacağını bildirib. O, qeyd edib ki, “Tahirkənd-Qazmalar” avtomobil buraxılış məntəqəsi yenidən qurulduqdan sonra Rusiya-Azərbaycan sərhədində növbə yaranmır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

İqtisadiyyat