Qəbələdə şəhidlər Xəyyam Səmədov və Tamerlan Soltanbəylinin xatirəsi anılıb

post-img

Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə müzəffər Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Qəbələ rayonunda da ehtiramla anılır.

Oktyabrın 30-da Qəbələ Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri antiterror tədbirləri zamanı şəhadətə yüksəlmiş rayonun Mirzəbəyli kənd sakini, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Səmədov Xəyyam Mirazim oğlunun və Tüntül kənd sakini Soltanbəyli Tamerlan İmran oğlunun məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar.

Anım tədbirlərində şəhidlərin vətənpərvərliyindən, qəhrəmanlığından söz açılıb, onların əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi vurğulanıb.

Şəhidlərin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.









Sosial həyat