Zahid Oruc: Əbədi düşmənçilik dünyanı Qəzzaya çevirər

post-img

"Qonşuluq, coğrafiya taledir və əbədi düşmənçilik dünyanı özü boyda Qəzzaya çevirər. Ona görə də hər iki dövlətin tanınmış siyasətçiləri, intellektualları, ədibləri, sənət adamları, və din xadimlərinin ortaq tədbirləri vasitəsilə cəmiyyətlərarası dialoqu genişləndirmək gərəkdir".

Bu fikirləri Milli Məclisin deputatı Zahid Oruc nifrət nitqinə həsr olunan konfrans zamanı dedi.

O bildirdi ki, belə platformalarda fəaliyyət göstərən və ortaq müzakirələr aparan ekspertlərin sıralarının genişlənməsi nifrət leksikonunu barış nitqləri ilə əvəz etməyə imkan verər. 

Onun sözlərinə görə, hökümət və sivil qurumlar da belə debat və dialoq meydanına şərait yaradarsa, hamının faydasına olar.

Rizvan FİKRƏTOĞLU
XQ

Sosial həyat