Cənub bölgəsində “Azəriqaz”ın “Açıq mikrofon” aksiyası keçiriləcək

post-img

Oktyabrın 23, 24, 26 və 27-də daha 1 şəhər və 3 rayonda saat 11:00-dan 12:00-a dək "Azəriqaz" İstehsalat Birliyinin (İB) “Açıq mikrofon” aksiyası keçiriləcək.

İB-in mətbuat xidmətindən bildirilib ki, aksiya həftənin 1-ci günü Lənkəran şəhərində (Qəni Vəliyev adına Mədəniyyət Mərkəzinin qarşısı), 2-ci günü Masallı rayonunda (Xəlfələr kəndi, kənd məscidinin qarşısı), 4-cü günü Biləsuvar rayonunda (Heydər Əliyev adına Mərkəzi Park), 5-ci günü isə Astara rayonunda (R.Camalov adına 7 saylı orta məktəbin qarşısı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasında problem və təkliflərini ifadə edə bilərlər.

Sosial həyat