Antioksidant təsirə malik olan qırmızı çuğundur dərini gözəlləşdirir, ürək xəstəliklərindən qoruyur, həzmi asanlaşdırır, bağırsaqların fəaliyyətinə müsbət təsir edir, qəbizliyi, mədə ağrısı və yanğısını aradan qaldırır.
Yeni araşdırmalara görə, çuğundur suyu infarkt riskini minimuma endirir. Stend qoyulduqdan sonra altı ay ərzində çuğundur suyu içən anginalı xəstələrdə ikinci hücum ehtimalı bu içkini içməyənlərlə müqayisədə daha azdır. Britaniya Ürək–Damar Cəmiyyətinin alimləri ürəyində işemiya olan 300 xəstənin 16 faizində stent qoyulduqdan 2 il sonra problemlərin təkrarlandığını bildiriblər. Amma hər gün çuğundur suyu içənlərdə bu rəqəm 7 faiz olub.
Çuğundur suyunu hamı içə bilməz. Bu suyu içdikdən sonra qan təzyiqi kritik dərəcədə düşə bilər. Mütəxəssislər mədə turşuluğu, bağırsaq xəstəliyi, urolitiyaz, böyrək çatışmazlığı olan şəxslərə bu içkini məsləhət görmür.
Z.HÜSEYNLİ
XQ