Oktyabrın 6-da Dövlət Ekoloji Ekspertiza Agentliyində qurumuş və ya qəzalı vəziyyətdə olan ağacların götürülməsi ilə bağlı növbəti ictimai dinləmə keçirilib.
Ekoloqların, icra hakimiyyəti, bələdiyyə, QHT və KİV nümayəndələrinin, həmçinin digər maraqlı tərəflərin iştirakı ilə keçirilən ictimai dinləmədə paytaxtın Yasamal, Nizami, Nərimanov, Qaradağ və Pirallahı rayonları üzrə ümumilikdə 85 ədəd qurumuş və ya qəzalı vəziyyətə düşmüş müxtəlif cinsli ağacın götürülməsi müzakirə edilib.
Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov qeyd edib ki, icra hakimiyyəti orqanları və bələdiyyələr öz ərazilərində mövcud olan yaşıllıqlara mülkiyyətləri kimi yanaşmalı, vaxtında və düzgün aqrotexniki qulluq tədbirləri görməlidirlər.
Qeyd olunub ki, gecikdirilən hər bir hal xoşagəlməz vəziyyət, hətta insan sağlamlığına ağır xəsarət yetirilməsi ilə nəticələnə bilər.
XQ