Göyçayda “Heydər Əliyev və ekologiya” mövzusunda konfrans

post-img

Göyçay Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və ekologiya” mövzusunda konfrans keçirilib. 

“Heydər Əliyev İli” çərçivəsində keçi­rilən məclisdə rayon icra hakimiyyətinin (RİH) başçısı Natiq Ağayev, Milli Məcli­sin deputatı Məzahir Əfəndiyev, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Asif Məcidov, RİH başçısının şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan RİH-in başçısı N.Ağayev Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan ulu öndərin Azərbayca­na rəhbərliyi dövründə ölkədəki ekoloji vəziyyətin həmişə xüsusi diqqət mərkə­zində olduğunu, ətraf mühitin mühafizə­si ilə bağlı proqramçılar üzrə əsaslı təd­birlər görüldüyünü bildirib. 

Çıxış edənlər dahi şəxsiyyətin rəh­bərliyi ilə ölkədə ekoloji vəziyyətinin yaxşılaşdırılması, yaşıllıq zolaqların genişləndirilməsi, su ehtiyatlarının çirk­lənməsinin qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərin son 20 ildə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi­yini vurğulayıblar. 

Sonda ümummilli liderin həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş edilib.

Konfrans “Təmiz ölkəm” ümumres­publika təmizlik aksiyası çərçivəsin­də Göyçay çayının şəhər ərazisindən keçən hissəsində təmizliklik-abadlıq işləri ilə yekunlaşıb. 

İlqar HƏSƏNOV
XQ



Sosial həyat