Qaraciyərin müxtəlif mənşəli yağlanma xəstəliyində simptomlardan biri də saçların tökülməsidir. İçki içməyən insanlarda da əmələ gələn bu xəstəlik çox gizli gedir, illərlə özünü büruzə vermir.
Qaraciyər piylənməsinin ən son mərhələsi sirrozdur, o, azı 10 il ərzində qaraciyərin xroniki iltihabı nəticəsində yaranır. Bununla da orqan çatışmazlığı yaranır və bu da ölümə aparır. Qaraciyər yağlanmasının əlamətlərindən biri saçları yuyanda və darayanda çəngə ilə tökülməsidir, bu zaman daraq saçla dolur.
Qastroenteroloqlar uzun müddət saçı belə tökülən və çarə tapmayan insanlara qaraciyər müayinəsinə üz tutmalarını tövsiyə edirlər. Bildirirlər ki, yorğunluq, iştahsızlıq, qaraciyərdə ağrı, əzələ boşalması, arıqlama, güclü qaşınma, bədəndə ödem bu xəstəliyin əlamətləridir.
Xüsusən piylənməsi olanlar, şəkər və təzyiq xəstələri risk altındadır.
Z.HÜSEYNLİ
XQ

