Mingəçevirlilər yeni tələbələri təbrik ediblər

post-img

Mingəçevir Şəhər İcra Hakimiyyətində ümumtəhsil məktəblərini bitirən və 600-dən yuxarı balla ali məktəblərə qəbul olan tələbələrlə görüş keçirilib. 

İştirakçıları salamlayan şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov ölkəmizdə aparılan təhsil islahatlarının gənclərin biliklərə dərindən yiyələnmələ­rinə, kadr problemlərinin həllinə və müəl­lim peşəsinin nüfuzunun daha da yüksəl­məsinə müsbət təsir göstərdiyini bildirib. 

Görüşdə bu il məktəbi bitirən mə­zunlardan 1 nəfərin qızıl, 2 nəfərin isə gümüş medala layiq görüldüyü, ali mək­təbə qəbul olan tələbələrdən 55 nəfərin 500-dən yuxarı, o cümlədən 17 nəfərin 600-dən yuxarı bal topladığı diqqətə çat­dırılıb. Şəhər üzrə ən yüksək nəticəni Təbiət--Riyaziyyat və Humanitar Elmlər təmayüllü Liseyin şagirdi Sənani Zey­nallı (673 bal) əldə edib. Tədris ilində fənn olimpiadasına respublika mərhələ­sində şəhər ümumtəhsil məktəblərindən 23 nəfər qoşulub, 1 nəfər qızıl, 4 nəfər gümüş, 3 nəfər isə bürünc medala layiq görülüb. Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə keçirilən “Ən yax­şı təqdimat” müsabiqəsinin respublika mərhələsinin iştirakçısı Təbiət-Riyaziyyat və Humanitar Elmlər təmayüllü Liseyin şagirdi Cahandar Quliyev 3-cü dərəcəli diplomla təltif olunub. 

Görüşdə Mingəçevir Şəhər Ağsaqqal­lar Şurasının sədri Akif Hacıyev, Mərkəzi Aran Regional Təhsil idarəsinin şəhər üzrə sektor müdiri Sevinc Həsənova, va­lideyn Vüsalə Mustafayeva tələbə adını qazanan gənclərə uğurlar arzulayıblar. Şəhər üzrə ən yüksək nəticə göstərən məzun Sənani Zeynallı əldə etdiyi uğur­dan bəhs edib.

Sonda Şəhər İcra Hakimiyyətinin baş­çısı yüksək nəticə göstərən tələbələrə və Mingəçevir Dövlət Universitetinə qəbul olunan şəhid Niyazi İsgəndərovun oğlu Ömər İsgəndərova hədiyyələr təqdim edib.

İlqar HƏSƏNOV
XQ

Sosial həyat