“Yeni doğulmuş qızlara”

post-img

Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasının stimullaşdırılması, qız uşaqları doğulan ailələrə dəstək məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Dəstək Mərkəzinin həyata keçiridiyi “Yeni doğulmuş qız övladları üçün qutu” layihəsi  davam edir.

Bugünlərdə mərkəzin əməkdaşları həmin layihəni həyata keçirmək məqsədilə qusarlıların qonağı olub. Layihə çərçivəsində Qusarda cari ilin iyul ayında qız uşaqları doğulan 30 ailəyə içərisində körpə uşaqlar üçün ləvazimatlar, geyim dəsti və uşağa qulluq və onun ilkin tərbiyəsi ilə bağlı maarifləndirici təlimat  olan qutu təqdim olunub.

Qeyd edək ki, layihə daha əvvəl Şamaxı, Tovuz, Masallı, Tərtər rayonlarında uğurla həyata keçirilib. Nazirlikdən bildiriblər ki, layihənin mərhələli olaraq digər rayonlarda da keçirilməsi planlaşdırılır.

Zərifə BƏŞİRQIZI 
XQ

 

Sosial həyat