Yaddan çıxmaz Ana dilim!

post-img

Dünən “Facebook”da filologiya elmləri namizədi, tanınmış dilçi Aynur Familqızı ana dilimizlə bağlı dəyərli fikirlər paylaşıb. Diqqətlə oxusanız, şərhə ehtiyac qalmayacaq. 

Orada yazılır: “Ana dilində düşün­mək, danışmaq, təbliğ etmək milli ide­ologiya məsələsidir. Millətin, dövlətin təhlükəsizliyinin önəmli strateji hədəfi milli dil məsələsidir. Bunu niyə anlamı­rıq?! 

Ən böyük səhvimiz Ana dilini digər xarici dillərlə müqayisə etməkdir və dünyaya çıxış üçün xarici dilə üstün­lük verməkdir. Niyə özümüzə - dilimizə dəyər vermirik, bəyənmirik? 

Bu torpağın suyunu içirik, çörəyini yeyirik… Sabah dilini “sevə-sevə öy­rəndiyiniz” imperiyalar çökəndə yenə üz tutacağınız, qoynuna sığınacağınız doğma Ana dilimiz olacaq. Tarix bunu orta əsrlərdən bəri bizə görk edibdir: ərəb dili, fars dili, rus dili… 

Atam balası, dilə sevgi deməklə, danışmaqla olmur, bulaq kimi içəridən qaynamalıdır! “Nə qədər ki, tədbirlər­də ana dilimizdə “ürəkdolusu” danışıb, hətta gözdən pərdə asaraq “müba­hisələr” edirik, evə çatanda dediklə­rimizi unuduruq dilimizi bəyənməyib dost-tanış, ailə içində başqa dillərə üstünlük veririk, onda “vay” bizim halı­mıza. Ömrümüzün ahıl çağında mənə­vi borcumuzu qaytara bilməyəcəyimiz üçün ölüb dirilirik, “köçəri quş” kimi uçmağı düşünürük, qonmağa “budaq” axtarırıq… Nə isə…

Nə yaxşı ki, şair demiş: 

Ana dilim ölən deyil,

Başqa dilə çönən deyil.

 

Təqdim etdi: M.HACIXANLI, XQ

Sosial həyat